Uşaqlı qadınlar üçün ev və iş arasında bölünmək daha çətin olur. Uşağı olmayanlar üçün bu nisbətən asandır. Uşaqlara baxmaq üçün, qadınlar kişilərə nisbətən daha çox yarım-ştat işə keçməyə məcbur olurlar. Belə qadınlar qeyd edirlər ki, onların karyera imkanları uşağı olan kişilərə nisbətən azdır.
Belə məlumatlar 43 ölkədə aparılan qadınların iş zamanı gəldiyi qərarlarla bağlı beynəlxalq araşdırmanın nəticəsidir. Bunlar 345.000 adamın iştirak etdiyi vəWageIndicator fondunun 2008-ci il və 2009-cu ilin ilk rübü ərzində apardığı onlayn araşdırmalar zamanı müəyyən olunub. Araşdırmada WageIndicator-un Britaniyalı partnyor təşkilatı Income Data Services (Gəlir haqda Məlumat Xidmətləri) təşkilatı və ITUC – Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyası iştirak edib. Nəticələr martın 8 - beynəlxalq qadınlar günü çap ediləcək.
Qadınlar üçün oyun: Həyat yoldaşını seç
İTUC-un hesabatındakı əsas nəticə odur ki, karyera ilə bağlı məqsədlərə gəlincə, qadınlar kişilər kimi şöhrətpərəst olur. Kişilər kimi, onlar da yaxşı maaşı və mükafatlandırma imkanlarını karyeraları üçün çox vacib hesab edirlər. Uşaqlarının olması bu seçimlərini dəyişdirmir. Amma indiyədək qadınlar gördükləri işə görə, kişilərə nisbətən daha aşağı dəyərləndirilirlər. Bu o deməkdir ki, əmək bazarında hələ çoxlu boşluqlar var, çünki qadınlar hələ də işlərinə verilən qiymətə görə gələcək karyeralarından ümidlərini üzürlər.
Bu vəziyyət işləyən analara gəldikdə bir az da pisləşir, çünki onlar uşaqsız qadınlara nisbətən daha az əmək haqqı alırlar. Ev işi, uşağa baxmaq və işdə aşağı ödəniş - işləyən anaları çıxılmaz vəziyyətə qoyur.
04.03.2010
Qazancim.az