İşə qəbul olunmaq üçün əyninizdəki geyim çox vacibdir

Hər gün iş tapmaqla bağlı müxtəlif çətinliklərlə qarşılaşırıq. Bunlardan ən çox rast gəlinən hallar CV necə yazılmalı, müsahibəyə dəvət olunuruqsa özümüzü necə təqdim etməli, geyim və bununla bağlı bir çox suallarımız yaranır. Əgər siz də iş sorağındasınızsa, burada verilən məsləhətlərə əməl etsəniz, iş qazanmaq imkanınız bir neçə dəfə artar. İşə qəbul olunmaq üçün GEYİMin nə qədər vacib olduğunu bilirsiniz?

Namizəd müsahibəyə hazırlaşarkən “Geyimə görə qarşılayır, ağıla görə yola salırlar” deyimini bir daha xatırlamalıdır. Müsahibəyə hazırlaşarkən zahiri görkəmə, səliqəyə və davranış tərzinə diqqət yetirməlisiniz, çünki işçi ən əvvəl bunlara görə qiymətləndirilir. Geyim vəzifənin xüsusiyyətinə uyğun olaraq klassik, işgüzar sərbəst üslubda ola bilər. Mühasibat, hüquq, vergi və bu kimi xidmətlər göstərən təşkilatlar üçün klassik, işgüzar üslubda kostyum nə qədər vacibdirsə, dizayner və bu kimi yaradıcılıq tələb edən digər vəzifələ

Geyim1

r üçün də sərbəst üslub bir o qədər uyğundur.

Bəzən təşkilata sürücü vəzifəsi üçün müsahibəyə gələn şəxsin audit mütəxəssisi tələb olunan geyimdə gəlməsi, onun yaxşı sürücü olması və ya sürücülük işindən doğurdan da zövq alması barədə inamsızlıq yaradır. Ona görə də, müsahibəyə getməzdən əvvəl təşkilatın geyim tərzi barədə  məlumat əldə etməyə çalışın, bu,  sizin xeyrinizə olar.

Namizəd bunu öyrənmək üçün təşkilata zəng edə bilər və ya orda işləyən kimləsə söhbət edə bilər. Bu onun təşkilata, orada işləməyə böyük həvəsini, marağını təsdiqləyən hal kimi qiymətləndiriləcək. Geyim seçərkən, əsasən ənənəvi üsluba üstünlük verilməli, rənglərin (ayaqqabı, kostyum, köynək, qalstuk, əl çantası və s.) bir-biri ilə uyğunluğuna diqqət yetirin. Əlbəttə ki, uyğunsuz rəngbərəng geyim iş qazanmaqda problem yarada bilər. Səliqəli saç düzümü, bəzək əşyaları və ya aksessuarlar diqqəti cəlb etməyəcək qədər olmalı, ətriyyatdan həddindən artıq istifadə edilməməlidi.

Qazancım.az

29.01.2010

loading...
Loading...